Dünya

İsrail səfirindən sülh və atəşkəs barədə açıqlama: Danışıqlar baş tutacaqmı?

Sharing is caring!


“İsrail HƏMAS-la barışıq haqqında danışıqlar aparmır, lakin ölkələrin koalisiyası hazırda Qəzza zolağında atəşkəsin tətbiqi və girovların azad edilməsi ilə bağlı danışıqlar aparır”.

Bunu “Rossiya-24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi deyib.

“Barışıqla bağlı heç bir danışıqlar aparılmır. HƏMAS-la barışıq barədə danışılacaq bir şey yoxdur. Hazırda “Mossad” rəhbərimiz David Barnea Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernslə və Qətərin Baş naziri Məhəmməd bin Abdel Rahman ət-Tani ilə birlikdə məhz atəşkəsin tətbiqi və girovlarımızın azad edilməsi ilə bağlı həll yolları barədə danışıqlar aparırlar”, – deyə o qeyd edib.

Səfir xatırladıb ki, İsrailin əməliyyatının əsas məqsədləri HƏMAS terror strukturlarını məhv etmək və girovları azad etməkdir ki, 7 oktyabr kimi hadisələr bir daha təkrarlanmasın.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir