Dünya

Amerikalı professor Putinlə danışıqlar üçün vasitəçi ola biləcək qadından danışdı: “İstifadə edə bilərlər…”

Sharing is caring!


“Vaşinqton Rusiya Federasiyası ilə qeyri-rəsmi əlaqələr qurmaq üçün Almaniyanın keçmiş kansleri Angela Merkeldən istifadə etməlidir”.

Bu sözləri ABŞ-nin Vermont Beynəlxalq Təhsil Məktəbinin professoru Bryus Deyton “The Hill” nəşri üçün yazdığı məqalədə deyib.

“Angela Merkel Putinlə danışıqlarda iştirak üçün əsas namizəddir. O, Almaniyanın hazırkı hökuməti ilə birbaşa əlaqəsi olmadığı üçün Putinlə ünsiyyət təcrübəsinə malikdir və manevr azadlığı var”, – deyə alim öz mövqeyini açıqlayıb.

Professor vurğulayıb ki, Qərb dövlətləri Ukraynada sülhlə bağlı Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqlarda daha fəal olmalıdır.

Deytonun sözlərinə görə, fərdi şəkildə danışıqlar formal danışıqlar üçün ümumi zəmin tapmağa kömək edəcək. Belə qeyri-rəsmi vasitəçilər rolunda həm keçmiş siyasətçilər, həm də transmilli korporasiyalar iştirak edə bilər.

“Bəzən münaqişəni həll etmək üçün “etibarlı xala”nın müdaxiləsi tələb olunur”, – deyə Bryus Deyton qeyd edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir