Dünya

İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi dinc əhali ilə bağlı: “İztirablarını azaltmaq üçün…”

Sharing is caring!


“Biz gözlənilməz şəkildə mülki əhali ilə rastlaşdıqda hücumları dayandırırıq. Hər bir hədəf üçün düzgün sursat seçirik ki, lazımsız yerə zərər vurulmasın”.

Bu sözləri İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, kontr-admiral Daniel Haqari verdiyi bəyanatda deyib.  

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

“HƏMAS mülki əhalinin ölümünü bir strategiya kimi görür, biz isə bunu faciə kimi qiymətləndiririk. Məhz buna görə də dinc əhaliyə dəyən zərərin və onların əzablarının minimuma endirilməsi üçün çox sayda tədbirlərdən istifadə edirik. Bu, HƏMAS-ın başlatdığı bu müharibədə faciəli reallıqdır”, – deyə Haqari qeyd edib.

“Biz imkan daxilində hücumlardan əvvəl mülki şəxsləri xəbərdar edirik. Həmçinin mülki şəxsləri gərgin döyüşlərin getdiyi əraziləri müvəqqəti olaraq tərk etməyə çağırırıq”, – deyə İsrail Müdafiə Qüvvələri nümayəndəsi əlavə edib.

“Bizim məqsədimiz HƏMAS-a qalib gəlmək və girovlarımızın azad edilməsinə nail olmaqdır. Qəzzada dinc əhalinin faciəvi şəkildə iztirabları bizim qarşımıza qoyduğumuz məqsədlər sırasına daxil deyil”, – deyə Daniel Haqari vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir