Dünya

Rusiyada məktəbli avtobusu qəzaya uğradı: Yaralılar var – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Ufa şəhəri yaxınlığında məktəbli avtobusu qəzaya uğrayıb.

Nəticədə 12 uşaq və bir böyük şəxs xəsarət alıb.

Məlumata görə, uşaqları karamel fabrikinə ekskursiyaya aparan məktəbli avtobusu və “KamAZ” markalı yük maşını toqquşub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Ümumilikdə avtobusda 26 uşaq və 6 böyük olub. 6 məktəbli xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında avtobus sürücüsü də var.

Mənbə: “Mash Batash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir