Dünya

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib – FOTO

Sharing is caring!


Fransanın paytaxtı Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

“Report” xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sonu yaxınlaşmaqda olan 2023-cü ilin xalqımız üçün xüsusən əlamətdar olduğunu, ölkəmizin suverenliyinin bərpa edildiyini vurğulayıb. Bu tarixi hadisənin xalqımızın möhkəm iradəsi, Azərbaycan əsgərinin qəhrəmanlığı və ölkə Prezidentinin müdrik siyasəti sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanın Fransada təbliği və təşviqinində rolu olan hər kəsə minnətdarlığını bildirib və ölkəmizə dair həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev xalqımızın tarix boyu hər bir çətinlikdən üzüağ çıxdığını və çətinliklərə baxmayaraq hər zaman uğurlara imza atdığını xatırladıb. O, mədəniyyətin sərhədinin olmadığını və heç kimin Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğatının, təşviqatının qarşısını ala bilməyəcəyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində xanəndə, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti İlkin Əhmədovun ifasında xalq musiqilərimiz səsləndirilib. Azərbaycanın milli rəqslərimiz ifa olunub.

Tədbirdə Parisdə fəaliyyət göstərən “Natəvan məktəbi”nin və Nant şəhərində fəaliyyət “Qarabağ məktəbi”nin şagirdləri də musiqi proqramı ilə çıxış ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir