Dünya

Çində ölülər “dirildilir”: Yaxınlarını itirənlər doğmalarına “qovuşur” – FOTO/VİDEO

Sharing is caring!


Çində yaxınlarını itirənlər texnologiya şirkətlərinin süni intellektlə dəstəklənən proqramları sayəsində onlara qovuşurlar.

“Ruh bot” adını alan və insanların səs görüntülərindən hazırlanan avatarlara Çində böyük tələbat yaranıb.

Ölkədəki süni intellekt şirkətlərindən biri olan “Super Brain” 10-20 min yuan (təxminən 2400-4800 manat) qarşılığında 20 gün ərzində istənilən şəxsin avatarını hazırlaya bilir.

Şirkətin müştəriləri arasında mərhumun yaxınları, uşaqları ilə vaxt keçirə bilməyən valideynlər, hətta keçmiş sevgilisinin avatarını düzəldənlər də var.

Şirkət sahibi bildirib ki, bununla bir çox insanın emosional ehtiyaclarını qarşılayırlar.

“İnsanın rəqəmsal versiyası, bədəni yox olduqdan sonra belə sonsuza qədər mövcud ola bilər”, – deyə o qeyd edib.

Süni intellekt texnologiyasına diqqətini cəmləyən Çindəki “Silicon Intelligence” şirkətinin qurucusu Sima Hupeng isə avatarların humanizm anlayışında yeni cığır açacağını düşünür.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir