Dünya

Azərbaycan millisinin futbolçusu Niderlandda növbəti qolunu vurdu – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandda baş tutan birinci divizion oyununda növbəti qolunu vurub.

“Eyndhoven” klubunun heyətində yer alan yarımmüdafiəçi “Utrext”in gənclərdən ibarət komandası ilə görüşdə son nöqtəni qoyub. Oyunun 90+3-cü dəqiqəsində vurduğu qolla komandanın qol sayını 5-ə çatdırıb.

Qarşılaşma 5:2 hesabı ilə “Eyndhoven”in xeyrinə başa çatıb.

Xatırladaq ki, “Eyndhoven”də forma geyinən cinah oyunçusu daha əvvəl də Niderlandda II Liqanın VII turunda “Ayaks”ın gənclərdən ibarət komandasına qarşı səfər matçının 90+2-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu gözəl qolla klubuna xal qazandırıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir