Dünya

“Vaqner” muzdluları NATO sərhədlərində Belarus ordusuna qoşulacaqlar

Sharing is caring!


Belarus ordusunun bölmələri NATO ölkələri ilə sərhədlərin yaxınlığında təlimlər keçirəcəklər.

Onları “Vaqner” özəl hərbi şirkətinin muzdluları təlimatlandıracaqlar.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” hesabında məlumat verib.

Qeyd edilib ki, Belarus Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, 6-cı Əlahiddə Qvardiya Mexanikləşdirilmiş Briqadası Belarusun şimal-qərbində, Polşa-Litva sərhədi yaxınlığındakı Qrodno rayonunda təlimlər keçirəcək. Təlimlər Rusiya hərbçilərinin Ukraynada əldə etdikləri təcrübələrini paylaşmaları üçün təşkil olunub.

“Vaqner” qrupundan az sayda məsləhətçinin Belarus qoşunlarına təlimatçı kimi qoşulması gözlənilir”, – deyə məlumatda qeyd edilib.

Britaniya kəşfiyyatının məlumatına görə, xüsusi təlimlər, çox güman ki, Belarus hərbçilərinin müntəzəm təlim cədvəlinin bir hissəsidir. 6-cı Əlahiddə Qvardiya Mexanikləşdirilmiş Briqadasının baza qarnizonu Qrodnoda yerləşir və çətin ki, hazırkı təlimlər döyüş hazırlığı ilə bağlı olsun.

“Lakin demək olar ki, mütləq şəkildə Rusiya Belarus qüvvələrini NATO-ya qarşı mövqe tutublarmış kimi nümayiş etdirməyə çalışır”, – deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir