Dünya

Ukraynalı deputat iclasda üç qumbara partlatdı: Yaralananlar var – VİDEO

Sharing is caring!


Ukraynada Zakarpatiya vilayətində deputat Keretsk kənd sovetinin binasında iclas zamanı üç ədəd qumbaranı partladıb.

Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“Bu gün saat 11:37-də “102” xəttinə deputatlardan birinin sessiyanın iclası zamanı Mukaçevo rayonunun Keretsk kənd sovetinin binasında qumbara partlatması barədə məlumat daxil olub”, – deyə məlumatda bildirilir.

Zakarpatiya polisindən verilən məlumata görə, partlayış nəticəsində 26 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Deputat özü də ağır xəsarətlər alıb.

İlkin ehtimallara görə, qumbaranı partladan şəxs Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətiçisi” partiyasından olan deputat Sergey Batrındır.

Hadisə yerində istintaq-əməliyyat qrupu və kriminalistlər işləyirlər.

Hadisənin səbəbləri hələlik məlum deyil.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir