Dünya

İsrail ordusu HƏMAS yaraqlılarının yeraltı tuneldə məhv edilməsinin görüntülərini yayıb – VİDEO

Sharing is caring!


Fələstinin radikal HƏMAS hərəkatının yeraltı tuneldə gizlənən silahlılarının məhv edilməsi əməliyyatının videosu yayılıb.

Videonu İsrail Müdafiə Ordusunun nümayəndəsi Piter Lerner özünün “X” hesabında (keçmiş “Twitter”) paylaşıb.

40 saniyəlik videonun əvvəlində trosa bərkidilərək işıqsız tunelə endirilən kamerada bir kişi görüntülənib. O, kameranı sol əli ilə götürür və obyektivə sağ əlini yelləyir. Daha sonra barmaqları ilə “V” işarəsi göstərir, lakin sonra naməlum səbəbdən qəfildən sol əlini kameradan uzaqlaşdırır. Bu zaman çəkiliş başa çatır və sonrakı kadrlarda tunelə yönəldilmiş fənərin işığı altında ən azı dörd nəfərin cəsədini ayırd etmək mümkün olur.

“Tunellər HƏMAS-ın üstünlüyü deyil. Onlar ölüm tələləridir”, – deyə Lerner yazıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir