Dünya

Çində iki metro qatarı toqquşub: Yüzlərlə yaralı var – FOTO

Sharing is caring!


Çinin paytaxtı Pekində iki metro qatarı toqquşub.

Səlahiyyətlilər qəzanın Pekinin qərb hissəsindəki Çanpinq metro xəttinin yerüstü hissəsində baş verdiyini açıqlayıblar.

Qəza nəticəsində 515 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və nəqliyyat qrupları cəlb edilib və bütün sərnişinlər təxliyə ediliblər. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, qatarlar güclü qar səbəbindən sürüşkən olan relslərdə onlardan birinin avtomatik əyləc sisteminin işə düşməsi nəticəsində toqquşub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir