Dünya

Nepalın paytaxtında tütün məmulatlarına qadağa qoyulub

Sharing is caring!


Nepalın paytaxtı Katmanduda bütün növ tütün məmulatlarının çəkilməsi, satışı və saxlanmasına qadağa qoyulub.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Dekabrın 28-dən tütün məmulatlarına, o cümlədən xam tütünə, eləcə də bitkilərin meyvələri, sönmüş əhəng və tütün daxil olmaqla çeynəmə qarışığına (qutxu) tam qadağanın tətbiqi barədə qərar noyabrın 28-də elan edilib. Katmandu administrasiyasının nümayəndəsi Navina Manandharın sözlərinə görə, bu tədbir tütün tənzimləmə qanununa uyğun olaraq həyata keçirilib. Qərarın icrasına nəzarət etmək üçün bələdiyyə polisi, o cümlədən mülkilər cəlb ediliblər.

“Hər hansı mağazada və ya köşkdə tütün məmulatları aşkar edilərsə, onlar dərhal müsadirə olunacaq”, – deyə Manandhara qeyd edib.

Lakin belə bir tədbir maksimum iki dəfə tətbiq oluna bilər.

“Üçüncü dəfə satış məntəqəsi artıq bağlanacaq”, – deyə o aydınlıq gətirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir