Dünya

İsrailin müdafiə naziri HƏMAS-a qarşı əməliyyatın nə qədər davam edcəyini açıqladı

Sharing is caring!


İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivana bildirib ki, Qəzza zolağında HƏMAS-ın infrastrukturunu məhv etmək bir neçə aydan çox vaxt aparacaq.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, onların görüşü Təl-Əvivdəki İsrail Müdafiə Nazirliyi kompleksində baş tutub.

“HƏMAS on ildən artıqdır ki, İsrailə qarşı döyüşmək üçün hazırlaşan və tunellər inşa edən terror təşkilatıdır. Onlar yerin altında və yerin üstündə elə infrastruktur inşa ediblər ki, onu məhv etmək o qədər də asan deyil. Bu, uzun müddət çəkəcək və bir neçə aydan çox davam edəcək. Amma yekunda biz qalib gələcəyik və onları məhv edəcəyik”, – Qalant bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir