Dünya

Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

Sharing is caring!


“Ermənistanda Qarabağla bağlı mürəkkəb daxili siyasi proseslər gedir. Bunu hamı anlayır”.

Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistan idi.

“Bizə onların belə bir qərar verməyə hazırlaşdıqları barədə məlumat verilməyib. Bu, sadəcə faktdır”, – deyə prezident qeyd edib.

Putin Ermənistanın MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünə xitam verməsinin onun özünün maraqlarına uyğun olmadığını, ancaq nəhayətdə bunun yenə də dövlətin seçimi olduğunu vurğulayıb.

“Ermənistan baş nazirinin (Nikol Paşinyan – red.) ümumi tədbirlərdə iştirak etməməsinə gəlincə, biz bildiyimiz qədərilə, bu, ölkəsində gedən proseslərlə bağlıdır”, – deyə Rusiya dövlət başçısı əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir