Dünya

Yaponiyada qalmaqal: Dörd nazir eyni vaxtda istefa verdi

Sharing is caring!


Yaponiyada hakim Liberal Demokrat Partiyasından olan dörd nazir eyni vaxtda istefa verib.

Nazirlər xeyriyyə tədbirlərində gəlirlərini az göstərməkdə şübhəli bilinirlər.

Liberal Demokrat Partiyasında “Şinzo Abe” qrupu kimi tanınan “Seiva” fraksiyasının üzvlərinə qarşı partiyanın ianə tədbirlərindən əldə edilən gəlirləri az göstərdikləri ilə bağlı iddialar son günlər Yaponiya gündəmini zəbt edib.

Nəticədə Baş nazir Fumio Kişidanın kabinetində çalışan dörd nazir istefa verib. Kişida istefaları qəbul edib. 

“Hökumət sözçüsü” olan Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, iqtisadiyyat naziri Nişimura Yasutoşi, kənd təsərrüfatı naziri Miyaşita İçiro və daxili işlər naziri Suzuki Junji öz vəzifələrini tərk ediblər.

Onların müavinlərinin də istefa verdikləri bildirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir