Dünya

Almaniyada narkotiklərlə mübarizə üzrə komissardan gözlənilməz qərar

Sharing is caring!


Almaniyada narkotiklərlə mübarizə üzrə komissar marixuana çəkməyə icazə vermək istəyir.

Bildirilir ki, mütəxəssislərin ondan istifadənin təhlükələri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, federal hökumətin narkotik komissarı Burkhard Blinert səhiyyə nazirinin marixuananı leqallaşdırmaq planlarını dəstəkləyib.

Onun fikrincə, bu, çox praktik şəkildə sağlamlığın daha çox qorunmasını təmin edəcək.

Bu arada, Polis Həmkarlar İttifaqı, Pediatrlar Assosiasiyası və Alman Tibb Assosiasiyası bu planlara qəti şəkildə qarşı çıxıb. Amma belə görünür ki, onları nəzərə almayacaqlar.

Bundestaq yeni ildə leqallaşdırma ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Mənbə: Aussiedlerbote.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir