Dünya

Heydər Əliyevin xatirəsi Budapeşt Azərbaycan Evində yad edilib – FOTO

Sharing is caring!


Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görkəmli dövlət xadimi Heydər Əliyevin gənclər siyasətindən danışıblar. Dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və Gənclər Fondunun fəaliyyətinin bunun bariz nümunəsi olduğu bildirilib.

Görüşdə Azərbaycan mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov da iştirak edib.

Azərbaycanın Macarıstandakı səfirliyində keçirilmiş anım tədbirində ulu öndərin büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolunu Macarıstanın dövlət xadimləri, inqilabçı Layoş Koşut (Lajos Kossuth) və islahatçı Dyula Andraşi (Gyula Andrassy) ilə müqayisə edib, Azərbaycanın görkəmli oğlunun hər iki istiqaməti özündə birləşdirən siyasət yeritdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının ulu öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğu vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir