Dünya

Polşa parlamentində yəhudi bayramına yanğınsöndürən balonla “hücum edən” deputata qarşı iş açıldı – FOTO/VİDEO

Sharing is caring!


Polşa Seyminin deputatı Qjeqoj Brauna qarşı iş açılıb.

Buna səbəb onun parlament binasında keçirilən Yəhudilərin Odlar Festivalı zamanı Hanuka şamlarını yanğınsöndürən balonla söndürməsi olub.

“Parlamentdə şeytani, irqçi triumfalizm aktlarına yer yoxdur”, – deyə Qjeqoj Braun bəyan edib.

Bundan sonra o, iclasdan kənarlaşdırılıb, həmçinin üç aylıq maaşının yarısından və altı ay müddətinə bütün müavinətlərindən məhrum edilib.

Qeyd edək ki, polşalı sağçı deputat Qjeqoj Braun Seymdə keçirilən Hanuka bayramını pozmaq qərarına gəlib və parlament binasında Hanuka şamlarını yanğınsöndürən balonla söndürüb, bundan sonra binadakı insanlar təxliyə ediliblər.

Polşa Seyminin marşalı (spikeri) Şimon Xolovnya Braunu iclasdan kənarlaşdırıb və ona Seymin binasını tərk etməyi əmr edib.

Şimon Xolovnya, həmçinin, Qjeqoj Braun barəsində dini ayinləri pozmaq maddəsi ilə prokurorluğa şikayət edəcəyini bildirib.

Mənbə: RT “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir