Dünya

İsrail və HƏMAS yeni girov mübadiləsi sazişi üzrə danışıqlar aparacaq

Sharing is caring!


“Gələn həftə Fələstinin HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında yeni girov mübadiləsi sazişi üzrə danışıqlar başlaya bilər”.

Bu barədə “Al Arabiya” telekanalı Fələstindən olan mənbəyə istinadla məlumat yayıb.

“HƏMAS tam atəşkəs tələb edib və yeni şərtlərlə humanitar atəşkəsə qapını bağlamayıb”, – deyə o əlavə edib.

Mənbənin sözlərinə görə, Qəzza zolağında yeni atəşkəs razılaşmasının nəbzi hiss olunmağa başlayıb, lakin danışıqların özü hələ başlamayıb.

Xatırladaq ki, noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS-la razılaşmanı təsdiqləyib. Tərəflərin atəşkəsi noyabrın 24-də qüvvəyə minib, ancaq dekabrın 1-də HƏMAS tərəfindən girovların azad edilməsi şərtlərinə əməl edilməməsinə görə İsrail tərəfindən dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir