Dünya

Qəzza üçün “Türkiyə planı” hazırlanıb

Sharing is caring!


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) Təmas Qrupu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan hazırlayıb.

Layihə BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkəyə təqdim olunub.

Söhbət “Türkiyə planı” adlandırılan sənəddən gedir. O, hərbi əməliyyatların tam dayandırılması, anklavın humanitar blokadasının aradan qaldırılması, region sakinlərinin məcburi köçkünlüyünə son qoyulması və sülhü təmin edən mexanizmlərin yaradılması daxil olmaqla 11 bənddən ibarətdir.

Planın müəllifləri əmindirlər ki, Qəzza zolağında axan qanı yalnız tam atəşkəslə dayandırmaq olar və o, ən qısa zamanda elan edilməlidir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir