Dünya

600-dən çox filmdə rol alan hindistanlı aktrisa Lilavati vəfat etdi

Sharing is caring!


Lilavati kimi tanınan hind aktrisası Lila Kiran 86 yaşında dünyasını dəyişib.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, Lilavatinin ölümünə yaşla bağlı xəstəliklər səbəb olub.

Qey olunur ki, aktrisa karyerası ərzində 600-dən çox filmdə rol alıb.

Hindistanın Baş naziri Narendra Modi Lilivatinin vəfatı ilə bağlı başsağlığı verib. Modi onu kino ikonası adlandırıb.

“Əfsanəvi kino ulduzu Lilavatinin vəfatını eşitmək məni çox kədərləndirir. Kino sənətinin əsl simvolu olan aktrisa bir neçə filmdə çoxşaxəli ifaları ilə ekranı bəzəyib. Onun müxtəlif rolları və diqqətəlayiq istedadı həmişə xatırlanacaq və bizləri heyran edəcək”, – deyə Modi öz “X” (keçmiş “Twitter”) hesabında yazıb.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir