Dünya

İranda güclü partlayış olub, ölənlər var – FOTO/VİDEO

Sharing is caring!


İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Fərdisdə icazəsiz fəaliyyət göstərən emalatxananın partlaması nəticəsində iki nəfər ölüb. Hadisədə üç yaşayış binası tamamilə dağılıb və daha bir yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Dağıntılar altında insanların qalması istisna edilmir”, – deyə Fərdis şəhər Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəisi Hüseyn Aşuri bildirib.

Qeyd edək ki, partlayışa səbəb sözügedən emalatxanada yandırıcı materiallar hazırlayarkən baş verən qəza olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir