Dünya

“WhatsApp”da yeni funksiya istifadəyə verildi

Sharing is caring!


“WhatsApp” mesencerində istifadəçilərə dinlənildikdən sonra söhbətdən silinəcək səsli mesajlar göndərməyə imkan verən funksiya istifadəyə verilib.

Bu barədə “Meta” korporasiyası məlumat yayıb.

“Bu gün biz məmnuniyyətlə elan edirik ki, indi siz dinlədikdən sonra yox olacaq səsli mesajlar göndərə bilərsiniz”, – deyə “Meta” saytında qeyd məlumat verilib.

Qeyd olunur ki, birdəfəlik oxuma funksiyası olan səsli mesajlar “birdəfəlik” işarəsi ilə işarələnib və yalnız bir dəfə oxuna bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir