Dünya

Çində yeni unikal hörümçək növü aşkar edilib – FOTO

Sharing is caring!


Çinin Quançjoudakı Qannan Pedaqoji Universitetinin zooloqları “Floronia huishuiensis” adlı yeni kiçik hörümçək növünü kəşf ediblər. Buğumayaqlılar Çinin cənub-şərqindəki Bayan mağarasında yaşayırlar.

Araşdırma “ZooKeys” elmi jurnalında dərc olunub.

Aşkar edilmiş canlılara yaşayış yerlərinin yerləşdiyi Quanşjou əyalətindəki eyniadlı mahalın şərəfinə “Hueyşuy” cırtdan hörümçəyi adı verilib. Alimlərin fikrincə, başqa bölgələrdə bu növə hələ rast gəlinməyib.

Adından göründüyü kimi, “Hueyşuy” hörümçəkləri çox kiçikdir – onların bədənlərinin uzunluğu təxminən 25 millimetrdir. Bədənlərinin rəngi ağ-qara, ayaqlarının rəngi isə sarı-qəhvəyidir. Hörümçəkkimilər torlarını toxuduqları yerdə böyük qayaların altında gizlənməyə üstünlük verirlər.

“Hueyşuy” hörümçəklərinin erkəklərinin ikinci cüt ön ayaqları olan pedipalplarının üzərində unikal cinsiyyət orqanları var. Onlar həm hiss orqanları kimi, həm də reproduktiv sistemin bir hissəsi kimi fəaliyyət göstərirlər. Tədqiqatda qeyd olunur ki, buğumayaqlıların pedipalpları uclarında yüngül əyrilikləri olan boks əlcəklərinə bənzəyir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir