Dünya

Nigeriya Hərbi Hava Qüvvələri səhvən öz ölkəsində bir kəndi bombalayıb: Çox sayda ölən var – FOTO

Sharing is caring!


Nigeriyanın Kaduna əyalətinin kəndlərindən birində ağlagəlməz hadisə baş verib.

Nigeriya Hərbi Hava Qüvvələri səhvən kəndi bombalayıb. Bu fəlakət 85 nəfərin həyatına son qoyub.

Bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib.

Bildirilib ki, Tudun Biri kəndinin sakinləri Mövlud şənliyinə toplaşdığı zaman Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə kəndi bombalayıb.

Agentlikdən qeyd edilib ki, yerli hakimiyyət orqanlarından indiyədək 85 cəsədin basdırıldığı, axtarışların hələ də davam etdiyi ilə bağlı məlumat əldə edilib.

Kənd rəsmilərindən Mallam Camalu həyatını itirənlərin çoxunun qadın və uşaq olduğunu, hadisə nəticəsində 50-dən çox insanın yaralandığını nəzərə çatdırıb. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu, ölənlərin sayının arta biləcəyi vurğulanıb.

Ölkə ordusu isə məsələ ilə bağlı heç bir açıqlama vermir.

Kaduna valisi Uba Sani hadisənin dərhal araşdırılmasını istəyib.

Eyni zamanda, Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Samuel Aruvan bildirib ki, kənd terrorçulara qarşı əməliyyat zamanı “səhvən” bombalanıb.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, “Boko Haram” və ISWAP terror təşkilatları tərəfindən hücumlara məruz qalır. Ölkədə təhlükəsizlik qüvvələri vaxtaşırı silahlı dəstələrə və terrorçulara qarşı mübarizə əməliyyatları təşkil edir.

Xatırladaq ki, 17 yanvar 2017-ci ildə də Nigeriyada Nigeriya HHQ təyyarəsi səhvən ölkənin Borno əyalətində məcburi köçkünlərin qaldığı düşərgəni bombalamışdı.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir