Dünya

Böyük Britaniya viza alınması qaydalarını sərtləşdirəcək

Sharing is caring!


Böyük Britaniya krallığı viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.

Məlumata görə, buna səbəb qanuni immiqrant axınını ildə 300 min nəfər azaltmaq istəyidir.

Bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən ölkənin daxili işlər naziri Ceyms Kleverli bildirib.

“Mənim planım tarixdə xalis miqrasiyada ən böyük azalmanı təmin etməkdir. Bu qanun daha əvvəl tətbiq olunsaydı, keçən il Böyük Britaniyaya 300 min insan daxil ola bilməzdi. Mən iş vizalarının sayının kəskin artmasına, həmçinin qonaqpərvərliyimizdən sui-istifadə etmək istəyənlərə qarşı sərt tədbirlər görəcəyəm”, – deyə Kleverli vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir