Dünya

“Real Madrid”in ulduzu türkiyəli futbolçunu ​​“Golden boy” mükafatına layiq gördü: “O, fenomendir” – FOTO

Sharing is caring!


İspaniya La Liqasının nəhənglərindən olan “Real Madrid”in bu mövsüm ən diqqətçəkən adlarından biri Cud Bellinqem olub.

Mövsümün əvvəlində Dortmund “Borussiya”sından 103 milyon avroya “Real”a transfer olunan ingilis ulduz bu mövsüm 17 matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bellinqem həm ötən mövsüm, həm də bu mövsüm göstərdiyi performansla ​​“Golden boy” (“Qızıl oğlan”) mükafatını qazanmağa nail olub.

“Real Madrid”in 20 yaşlı ulduzu Cud Bellinqem İspaniya mətbuatına verdiyi açıqlamalarda türkiyəli futbolçu Arda Güler haqqında da fikirlərini bildirib.

O, mövsümün əvvəlində Türkiyənin “Fənərbağça” klubundan “Real Madrid”ə transfer olunan türkiyəli futbolçu Arda Güler ​​haqqında diqqətçəkən açıqlamalar verib.

“O, bir fenomendir. Onu məşqlərdə görürük və performansından çox razıyıq. Arda Güler qarşıdakı illərdə “Golden boy” mükafatını qazana biləcək adlardan biridir”, – deyə Bellinqem qeyd edib.

Mənbə: A Spor.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir