Dünya

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlara keçdiyini açıqlayıb

Sharing is caring!


İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Bu döyüşlər anklavın şimal hissəsində olduğu kimi intensiv şəkildə aparılacaq.

Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi “Qəzza” diviziyasının hərbçiləri ilə görüşündə deyib.

O qeyd edib ki, Qəzza zolağında əməliyyat fasiləsinə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv edib və hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri anklavın şimal hissəsində möhkəmləndirməyə davam edir.

“Dünən və bu gün biz briqada komandirlərini, rota komandirlərini, bir çox (HƏMAS) yaraqlısını məhv etdik və dünən səhər Qəzza zolağının cənub hissəsində də eyni prosesə başladıq, bu, əməliyyat (şimaldakından) heç də az olmayan güclə həyata keçiriləcək. HƏMAS komandirləri hər yerdə İsrailin Müdafiə Ordusu ilə qarşılaşacaq və onlara ən güclü cavab veriləcək”, – deyə Baş Qərargah rəisi bildirib.

O, İsrail ordusunun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

“Bizim bunu ən əsaslı şəkildə etmək imkanımız var və bunu Qəzza zolağının şimalında güclü və hərtərəfli etdiyimiz kimi, indi də Qəzza zolağının cənubunda edirik və biz Qəzza zolağının şimalında bu naliyyətlərimizi artırmağı davam edəcəyik”, deyə Halevi qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir