Dünya

HƏMAS Qəzzada İsrail əsgərlərinin olduğu tuneli partladıb

Sharing is caring!


“Əl-Qəssam” briqadaları (Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı) Qəzza şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.

Bu barədə hərəkatın hərbi qanadı məlumat yayıb.

““Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, – deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.

“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir