Dünya

Reper Basta avtomobil qəzasına düşdü – VİDEO

Sharing is caring!


Rusiyalı reper Basta (Vasili Vakulenko) Sankt-Peterburqdakı konsertindən sonra qəza keçirib.

Məlumata görə, hadisənin baş verdiyi “Qazprom Arena”nın çıxışında qara rəngli “Maybach” markalı avtomobil “Kia” ilə toqquşub.

Zərbə nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açılıb, hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib.

İlkin məlumata görə, toqquşma nəticəsində ciddi xəsarət alan olmayıb.

İnsident anında reperin arxa oturacaqda əyləşdiyini bildirilib. O, qəzadan sonra başqa maşınla evə yollanıb.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir