Dünya

Harri Keyn ən güclü müdafiəçilərin adlarını çəkib

Sharing is caring!


“Bavariya”nın hücumçusu Harri Keyn indiyədək rəqib olaraq oynadığı ən güclü müdafiəçilərin adını çəkib.

“Oynadığım ən yaxşı müdafiəçilər Con Terri və Corco Kellini idi. Con meydanda çox hiyləgər və ağıllı idi, əbəs yerə ən yaxşılardan sayılmır. Kellini haqqında da eyni sözləri deyə bilərəm. Biz həm klub səviyyəsində, həm də milli komanda səviyyəsində görüşmüşük və o, həmişə öz bədənindən yaxşı istifadə edirdi”, – deyə Keyn bildirib.

Xatırladaq ki, Keyn bu yay 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Bu mövsüm forvard bütün turnirlərdə 18 oyun keçirib, 22 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci il iyunun sonuna kimidir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir