Dünya

Kamçatkadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı – VİDEO

Sharing is caring!


Rusiyanın Kamçatka vilayətində yüksək sürətlə gələn avtomobil magistral yolda hərəkət edən hərbçilərin kolonuna çırpılıb.

Qəza Petropavlovsk-Kamçatski-Elizovo magistralının 26-cı kilometrliyində, hərbi hissənin yaxınlığında baş verib.

İlkin məlumata görə, avtomobilin sükanı arxasında da elə hərbçi olub.

Hərbçilərdən birinin işığı əks etdirən jilet geyindiyi məlum olub. Lakin sürücü bunu görməyə macal tapmayıb və saatda təxminən 80 kilometr sürətlə hərəkət etdiyi üçün kolona çırpılıb. Nəticədə 11 hərbi qulluqçu yaralanıb, yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bəzilərinə yerində tibbi yardım göstərilib.

Mənbə: Lenta.ru, “Baza” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir