Dünya

Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? – FOTO

Sharing is caring!


Məşhur türkiyəli aktyor Kenan İmirzalıoğlu sosial mediada gündəmə gələn həyat yoldaşı Sinem Kobalı aldatdığı iddialarına dair ilk dəfə açıqlama verib.

Kenan İmirzalıoğlu-Sinem Kobal cütlüyü Nişantaşıda görüntülənib və aktyor xəyanət xəbərlərinə aydınlıq gətirib.

“Bir dəli quyuya daş atır, biz o quyuya enməyəcəyik, dostlar! Naməlum bir şəxs tərəfindən sosial şəbəkələrdə ortaya atılan yalana biz əhəmiyyət vermədik, siz də vecinizə almamalısınız!” – deyə aktyor xəyanəti təkzib edib.

Qeyd edək ki, keçən həftələrdə sosial şəbəkə istifadəçilərindən biri Kenanın Sinemi aldatdığını iddia edib.

“Selena aldadıldı”, – deyə o, Sinem Kobalın illər əvvəl rol aldığı “Selena” serialındakı obrazına istinad edərək iddiasını dilə gətirib. Onun bu paylaşımından sonra bütün diqqətlər məşhur cütlüyə yönəlib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir