İdman

Avrokuboklar: “Liverpul” darmadağınla mərhələ adladı, “Ayaks” “Aston Villa” səddini keçə bilmədi

Sharing is caring!

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

İlk matçda Praqa “Sparta”sını 1:5 hesabı ilə məğlub edən “Liverpul” Emfilddəki oyunun ilk 14 dəqiqəsində dörd qol vurub. Qarşılaşmanın yekun hesabı isə 6:1 olub və mersisaydlıların növbəti mərhələyə çıxışını rəsmiləşdirib.

“Roma” “Brayton”la səfər matçına 4:0-lıq üstünlüklə çıxıb. “Canavarlar” səfərdə minimal hesabla (1:0) məğlub olsalar da, bu onların 1/4 finala çıxışına mane olmayıb.

“Atalanta” – ”Sportinq” cütlüyündə sevinən tərəf birincilər olublar. Portuqaliyadakı ilk oyunda komandalar sülhlə ayrılsalar (1:1) da, İtaliydakı cavab matçında ev sahibləri üstün olublar – 2:1.

UEFA Konfrans Liqasında çıxış edən “Ayaks” “Aston Villa” ilə dueldən məğlub ayrılıb. Komanda ilk ev oyununda qolsuz sülh bağlasa da, İngiltərədə meydan sahibləri niderlandlıları darmadağın ediblər – 4:0.

Qeyd edək ki, cümə günü hər iki turnirin 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir