Dünya

Fransada hər üç dəqiqədə bir uşaq cinsi zorakılığın qurbanı olur

Sharing is caring!


Fransada hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur.

Bunu ölkədəki Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarənin rəhbəri Qabriel Hazan RTL TV-yə açıqlamasında deyib.

“Fransada uşaq cinayəti məzmununun onlayn paylaşılması ilə bağlı gündə 700 məlumat alırıq. Ölkədə hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur – hər üç dəqiqədə bir uşaq”, – Hazan bildirib.

O, vətəndaşları ayıq olmağa və uşaqlara qarşı zorakılıq halları barədə operativ məlumat verməyə çağırıb.

“Hər gün 440-a yaxın uşaq və yeniyetmə cinsi zorakılığın qurbanına çevrilir. Onlardan yalnız 50-yə yaxını barədə təhlükəsizlik orqanlarına məlumat verilir”, – qurum rəhbəri qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir