Dünya

Dünyada milyarderlərin sayı və sərvəti kəskin artıb

Sharing is caring!


2022-ci ildən 2023-cü ilə qədər bütün dünyada milyarderlərin sayı yeddi faiz artıb.

Bu rəqəmlər İsveçrənin “UBS” bankının saytında dərc edilən araşdırmada göstərilib.

Nəşrdə qeyd edilib ki, əvvəllər dünyada 2376 milyarder var idisə, indi bu rəqəm 2542 nəfərə yüksəlib. Onların ümumi sərvəti isə doqquz faiz artaraq 12 trilyon dollara çatıb (əvvəlki rəqəm 11 trilyon dollar olub).

2022-ci ildən 2023-cü ilə qədər ən varlı şəxslər gəlirlərini Avropadakı istehlak və pərakəndə bizneslərin hesabına qismən bərpa ediblər.

Hesabatda bir il əvvəl milyarderlərin ümumi sərvətinin 20 faiz azaldığı vurğulanıb.

Son bir ildə sənaye şirkətlərinin sahiblərinin gəlirləri də artıb. Nəşr bildirir ki, bir sıra ölkələrdə enerji keçidi və müdafiə xərclərinin artması kontekstində bu tendensiya davam edə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir