Dünya

“Real Madrid”in hər kəsdən “gizlətdiyi” türkiyəli futbolçu ​​günlər sonra ortaya çıxdı – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun zədələndiyi və müalicə almasının zəruriliyi səbəbi ilə hər kəsdən “gizlətdiyi” türkiyəli futbolçu Arda Güler günlər sonra ortaya çıxıb.

Yenidən zədələndiyi açıqlandıqdan sonra sonuncu dəfə İstanbula gedərkən görüntülənən Arda Güler “​​Santyaqo Bernabeu” stadionunda kameralara tuş gəlib.

Çempionlar Liqasının C qrupunda keçirilən oyunda “Real Madrid” öz meydanında qəbul etdiyi “Napoli”ni 4:2 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Rodriqo, Cud Bellinqem, Niko Pas və Xoselu, qonaq komandanın qollarını isə Covanni Simeone və Andre Zambo Anqissa vurublar.

Xatırladaq ki, “Real Madrid” klubu İspaniya və Türkiyə mətbuatının böyük maraq göstərdiyi türkiyəli futbolçu Arda Gülerin ​​üzərində təzyiqi azaltmaq üçün gənc oyunçunu faktiki olaraq mediadan “təcrid edib”. Bunun üçün də futbolçunun Türkiyə, həmçinin İspaniya mətbuatından gizlədilməsi qərara alınıb.

Türkiyə mətbuatından gələn istəklərin əksəriyyətini rədd edən “Real Madrid” xəbər hazırlanması üçün jurnalistlərin Arda ilə görüşməsini, onun haqqında danışmasını belə istəmir.

Klub rəsmilərinin fikrincə, futbolçunun ehtiyacı olan şey danışmaq deyil, məşq etməyə və sağalmağa diqqətini yönəltməkdir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir