Dünya

HƏMAS Qəzzada saxladığı kişi girovları azad etmək üçün növbəti şərtini irəli sürdü

Sharing is caring!


Fələstinin radikal HƏMAS hərəkatı İsraillə hərbi əməliyyatlardakı fasiləni uzatmağa və İsrail həbsxanalarındakı yüksəkvəzifəli fələstinlilərin müqabilində kişi girovların azad edilməsini müzakirə etməyə hazırdır.

Bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat verib.

Misir rəsmiləri bildiriblər ki, Misir, İsrail və Qətər nümayəndələrinin Dohada keçiriləcək görüşündən əvvəl HƏMAS-la müzakirələr aparılıb və hərəkatın humanitar fasilənin davam etdirilməsi üçün şərtləri öyrənilib. HƏMAS-la danışıqlar aparan şəxslərin sözlərinə görə, HƏMAS İsrail həbsxanalarındakı yüksəkrütbəli fələstinlilərin müqabilində Qəzza zolağında saxlanılan kişilərin azad olunmasını müzakirə etməyə hazırdır.

Mənbələrin məlumatına görə, hərəkat nümayəndələri həmçinin danışıq iştirakçılarını əmin ediblər ki, anklavda digər qruplar tərəfindən saxlanılan bütün girovları tapa və azad edə bilərlər. Eyni zamanda rəsmi nümayəndə bildirib ki, İsrail 100 qadın və uşağın hamısı azad edilənə qədər danışıqların yeni mərhələsini müzakirə etmək istəmir.

Qeyd edək ki, Qətərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, İsrailin “Mossad” kəşfiyyatının rəhbəri David Barnea və HƏMAS-ın siyasi rəhbərliyi ilə sıx əlaqələr saxlayan Qətər nümayəndələri var. Mənbələrin məlumatına görə, kəşfiyyat rəhbərləri atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir