Dünya

Bodrumda rusiyalı ana və qızının cəsədləri tapıldı

Sharing is caring!


Bodrum şəhəri yaxınlığında Rusiya vətəndaşı olduğu ehtimal edilən iki xanımın cəsədi tapılıb.

Bu barədə NTV telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, 40 yaşlı qadın və onun 15 yaşlı qızının meyitləri İçmələr kəndi yaxınlığında, yolun kənarındakı sıldırım yamacda yerli sakinlər tərəfindən aşkar edilib. Onlar bir döşəkağına bükülüb kəndirlə bağlanıblar.

Hadisə yerinə həkim və polis qrupları göndərilib. Polis xanımların cinayətin qurbanı olduqlarına inanır.

Hesabatda zərərçəkmişlərin şəxsiyyətini təsdiq edən sənədlərin olub-olmadığı barədə məlumat verilmir. Meyitlər məhkəmə-tibbi ekspertizaya göndərilib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir