Dünya

Türkiyə nümayəndə heyəti səhra xəstəxanasının yerləşdirilməsinə hazırlıq üçün Qəzzaya gəlib

Sharing is caring!


Türkiyədən mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının yaradılması üçün hazırlıq işləri aparmağa Qəzza zolağına gəlib.

Bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib.

“Bu səhər texniki heyət Misir yolu ilə Qəzzaya gəlib. Heyət Qəzzada yaratmaq niyyətində olduğumuz səhra xəstəxanasının yerləşdirilməsi planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaq”, – deyə agentlikdən bildirib.

O qeyd edib ki, Ankara xəstəxananı mümkün qədər tez istifadəyə verməyi planlaşdırır və müddət bu nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq.

Qeyd edək ki, noyabrın 23-də Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Fələstin anklavında səhra xəstəxanasının yerləşdirilməsi ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir