Dünya

Trabzonda nəhəng dalğalar iki nəfəri “uddu”: Hərbçilər yaralandı – FOTO

Sharing is caring!


Türkiyənin Trabzon vilayətində, Qara dəniz sahilindəki Sürmene rayonunda güclü fırtına baş verib.

Çamburnu Limanında Dəniz Qüvvələri Komandanlığına məxsus hərbi hissənin yerləşdiyi ərazidə dənizdə böyük dalğalar əmələ gəlib.

Yüksələn dalğaların təsirindən bölgədə olan beş hərbçi yaralanıb.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), jandarma, yanğınsöndürmə, təcili yardım və sahil təhlükəsizlik qrupları sövq edilib. Həmçinin Sürmene bələdiyyə sədri Mehmet Əli Öztürk də hadisə yerinə gəlib.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib. Hərbi bölgə təhlükəsizlik məqsədilə boşaldılıb.

Ərazidə dayanmış avtomobili dalğalar aparıb. Dənizə düşən balıqçı isə təhlüləsizlik qrupları tərəfindən xilas edilib.

Trabzonun Qara dəniz sahilində yerləşən Beşikdüzü rayonunda da iki nəfəri dalğalar aparıb. Alınan məlumata görə, sahildə dəniz fənərinin yerləşdiyi əraziyə gedən iki nəfər fırtına nəticəsində yüksələn dalğalara qapılaraq gözdən itib.

Qısa müddətdə itkin düşən iki nəfərin tapılması üçün işlərə başlanılıb. Lakin güclü dalğalar səbəbindən axtarışlar çətinliklə davam etdirilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir