Dünya

Belçikada bomba təhlükəsi: Məktəblər bağlandı – FOTO

Sharing is caring!


Belçikanın paytaxtı Brüsseldə və Brabant əyalətində 27 məktəb terror aktı təhlükəsi səbəbindən bağlanıb.

Bu barədə Vallon və Brüssel Təhsil İdarəsindən məlumat verilib.

Bir neçə təhsil müəssisəsinə bombalanma ilə bağlı hədələr daxil olub. Ehtiyat tədbiri olaraq bu məktəblərdə dərslərin birgünlük dayandırılması qərara alınıb.

Səlahiyyətlilər əmin ediblər ki, bəzi binalar artıq istehkamçılar tərəfindən yoxlanılıb.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir