Dünya

İsrail hərbi kabineti Qəzza zolağında atəşkəsin uzadılmasını müzakirə edir

Sharing is caring!


İsrailin hərbi kabineti Qəzza zolağında atəşkəs rejiminin dördgünlük müddətindən sonra uzadılmasını müzakirə edir.

Məlumata görə, müzakirə Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri daha çox girovların azad edilməsi müqabilində atəşkəsi uzatmağa hazır olduqlarını bildirdikdən sonra başlayıb.

Qeyd edək ki, noyabrın 22-də HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında dördgünlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb. Atəşkəs noyabrın 24-də qüvvəyə minib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir