Dünya

Zəngin İsveçrə ən ucuz Olimpiadanı təşkil etmək istəyir

Sharing is caring!


İsveçrənin idman federasiyaları ölkənin 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifini yekdilliklə təsdiqləyib. Belə bir tədbir üçün cüzi məbləğdə – 1,6 milyard dollar həcmində büdcə ayırıblar.

Hətta inflyasiya nəzərə alınmasa belə, bu, İsveçrədə keçiriləcək Olimpiadanı tarixdə ən ucuz oyuna çevirir. Ölkə yeni stadionların və digər idman qurğularının tikintisinə pul xərcləmək fikrində deyil.

Xatırladaq ki, Cənubi Koreyada 2018-ci ildə keçirilən analoji tədbir hakimiyyət orqanlarına təxminən 13 milyard dollara başa gəlib. İndiyədək ən aşağı büdcəli Olimpiada isə 2002-ci ildə ABŞ-nin Solt-Leyk Siti şəhərində keçirilib və 2,2 milyard dollara başa gəlib.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir