Dünya

Suriyalı Vyana kilsəsini qarət edib

Sharing is caring!


29 yaşlı Suriya vətəndaşı Vyanadakı kilsələrdən birinin əmlakına ciddi ziyan vurub. O, Madonna heykəlini yerindən qoparıb və taxta xaçı oğurlayıb.

Bu barədə Avstriya paytaxtının polisi məlumat yayıb.

Bildirilib ki, vandalizm aktı Vyananın ən sıx məskunlaşma olan Favoriten bölgəsində baş verib. Burada çoxlu sayda miqrant yaşayır.

Suriyalının tapılaraq saxlanıldığı, oğurlanmış taxta xaçın isə kilsəyə qaytarıldığı qeyd olunub.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir