Dünya

Qırğız döyüşçünün dirsək zərbəsi braziliyalının qulağını qopardı – VİDEO

Sharing is caring!


Braziliyalı MMA döyüşçüsü Vinisius Kruz “Absolute Championship Akhmat” turnirində döyüş zamanı qulağının bir hissəsini itirib. 

Məlumata görə, Kruz qırğızıstanlı döyüşçü Edil Esenqulova texniki nokautla məğlub olub. Zərbələrin birindən sonra Kruzun qulağının bir hissəsi qopub.

Hakim Esenqulovun dirsək zərbəsindən sonra Kruzun sözün əsl mənasında qulaqsız qaldığını görüb və döyüşü dayandırıb. Həkimlər təcili olaraq çağırılıb və qanaxmanı dayandırmaq üçün ilkin tibbi yardım göstərilib. İdmançının sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edilir ki, Esenqulovun çəki limiti 1,45 kq çox olub. O, cərimə olaraq qonorarının 50 faizini rəqibinə ödəyəcək.

Tədbir Rusiyanın Sankt-Peterburq şəhərində keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir