Dünya

Bütün dünyada irqçiliyə qarşı kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı – FOTO

Sharing is caring!


Afroamerikalı Corc Floydu kobud şəkildə saxladığı üçün ölümünə səbəb olan polis məmuru Derek Şovin hazırda həbsdə olduğu Arizona ştatının federal həbsxanasında bıçaqlanıb.

Nəzarətçilər hadisə yerində Şovinə kömək ediblər, bundan sonra o, xəstəxanaya göndərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, afroamerikalı Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.

Qətllə əlaqədar Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Tuson şəhərindəki orta rejimli həbsxanada çəkir.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir