Dünya

Moldova Aİ Şurasının Rusiyaya qarşı fərdi sanksiyalarına qoşuldu

Sharing is caring!


Moldova Avropa İttifaqı Şurasının (Aİ) Rusiyaya qarşı fərdi sanksiyalarına qoşulub.

Müvafiq sərəncamı baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku imzalayıb.

“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlərə dair 13 sentyabr 2023-cü il tarixli Aİ Şurasının (PESC) 2023/1767 saylı qərarına qoşulmaq haqqında fərman”, – deyə sənəddə bildirilib.

Bu qərar Avropa Komissiyasının Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına dair hesabatında Kişinyovu Rusiyaya qarşı bir sıra Avropa sanksiyalarına qoşulmağa çağırmasından sonra qəbul edilib.

Aİ-nin qara siyahısında demək olar ki, 1800 fiziki və hüquqi şəxs var. Onlar barədə səyahət məhdudiyyətləri, aktivlərin dondurulması, pul vəsaitlərinin və ya digər iqtisadi resursların verilməsinə qadağalar kimi məhdudiyyətlər nəzərdə tutulub.

Mənbəə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir