MARAQLI

Alimlərdən böyük nailiyyət: Dünyanın ən böyük heyvanını qaytara bildilər – FOTO

Sharing is caring!


Seyşel adaları gözəl təbiətinə görə çoxlarının xəyal etdiyi yer olsa da Yer üzündəki ən böyük heyvanlar – mavi balinalar üçün qəbiristanlıq olub: 20-ci əsrin əvvəllərində bu sular son dərəcə məşhur balina ovu yeri idi.

Ən nəhayətində dəniz məməliləri oraları tərk etmək məcburiyyətində qaldılar.

Lakin Seyşel Adaları Respublikası 1978-ci ildə Hind okeanını balina ovundan qorumaq üçün tədbirlər görməyə başladı. Bununla belə Yer kürəsinin ən böyük heyvanlarının əraziyə qayıdıb-qayıtmayacağı məlum deyildi.

Hazırda alimlər balinaların Seyşel adaları sahillərinə qayıtdığını rəsmən təsdiqləyiblər. Onların sözlərinə görə, uzun illik mübarizə öz bəhrəsini verib və dünyanın ən böyük heyvanları öz vətənlərinə geri dönüblər.

Tədqiqat zamanı elm adamları erkək mavi balinaların mahnılarını da qeydə alıblar. Bununla da Seyşel adaları yaxınlığındakı suların yer üzündəki ən böyük heyvanlar tərəfindən cütləşmək və çoxalmaq üçün istifadə edildiyi məlum olub.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir