Dünya

“Taliban” Cəlaləddin Ruminin portretlərinə qarşı mübarizəyə qalxdı

Sharing is caring!


Şərq-islam dünyasının böyük alimi, mütəfəkkir, sufi şair Cəlaləddin Ruminin Əfqanıstanın Məzari-Şərif şəhərində olan böyük portreti götürülüb.

Bəlx vilayətinin keçmiş qubernatoru Atto Məhəmməd Nur iddia edir ki, böyük alimin şəhərdə asılan portreti “Taliban” hökumətinin göstərişi ilə aşağı endirilib. 

“Bu yolla “Taliban” İran sivilizasiyasın rəmzlərindən biri hesab olunan şairə qarşı məqsədyönlü şəkildə mübarizə aparır”, – deyə o vurğulayıb.

Atto Məhəmməd Nur hesab edir ki, “Taliban”ın Rumiyə nifrətinin başqa bir səbəbi isə mütəfəkkirin “mötədil İslam”ı təbliğ etməsi olub.

Mənbə: Sputnik Əfqanıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir